- Köhnə - Dünya
- 1 İyul 2018 21:05
- 4 199
Hindistanda mənzildən bir ailənin 11 üzvünün meyiti tapıldı - Ev iş adamına məxsus olub
Hindistanın paytaxtı Nyu-Dehlidə mənzildən bir ailənin 11 üzvünün meyiti tapılıb.
Trend-in məlumatına görə, mənzil yerli iş adamına məxsus olub. Onun qonşusu qapının açıq olduğunu gördükdən sonra mənzilə daxil olub və 11 nəfərin meyitini aşkar edərək hadisə yerinə polis əməkdaşlarını çağırıb.
Hazırda onların ölümlərinin səbəbi araşdırılır. Meyitləri aşkar edilənlərin 4-ü kişi, 3-ü qadın və 4-ü qız olub.
AzNews.az