Çində də qar həyatı iflic edib Çində də qar həyatı iflic edib

1000-ə yaxın ev dağıldı

Çində də qar həyatı iflic edib



Ölkənin mərkəzi bölgələrində çovğun nəqliyyatın hərəkətinə mane olub. Hava limanlarında xeyli sayda daxili və xarici reyslər təxirə salınıb, sərnişinlər saatlarla hava limanlarında gözləməli olublar.

Güclü qarla yanaşı, Mərkəzi və Cənubi Çində güclü külək və dolu da fəsadlara yol açıb. Fəlakət zonasına daxil olan 42 şəhərdə 1000-ə yaxın ev dağılıb. 3 nəfərin öldüyü bildirilir.

Pis hava şəraitindən 840 minə yaxın adam zərər çəkib. Azı 150 min sakinin də təcili yardıma ehtiyacı var. Qasırğa və dolu bölgəyə 95 milyon dollar həcmində ziyan vurub.

AzNews.az