İran polisi Tehranda 2 ton qızıl yığmış şəxsi saxlayıb. İran polisi Tehranda 2 ton qızıl yığmış şəxsi saxlayıb.

İranda 2 ton qızıl yığan şəxs saxlanıldı

İran polisi Tehranda 2 ton qızıl yığmış şəxsi saxlayıb.

Trend-in məlumatına görə, “sikkə sultanı” adı verilən şəxs bir il müddətində öz köməkçiləri vasitəsilə qızıl külçələr və sikkələr yığıb. Daha sonra isə həmin şəxs bu topladıqlarını satmağa çalışıb.

Polis bildirir ki, həmin şəxs bu addımı ilə ölkə iqtisadiyyatına, xüsusilə də sikkə bazarına ziyan vurub.

Bundan başqa, əməliyyat zamanı 20 kiloqram qızıl və sikkələr yığmış daha iki nəfərin də saxlanıldığı bildirilir.

AzNews.az