Onlayn biznesin, eləcə də sosial şəbəkələrin vergiyə cəlb edilməsi ilə bağlı dünyada münasibətlər hələ tam formalaşmayıb və bu sahədə axtarışlar davam edir. Onlayn biznesin, eləcə də sosial şəbəkələrin vergiyə cəlb edilməsi ilə bağlı dünyada münasibətlər hələ tam formalaşmayıb və bu sahədə axtarışlar davam edir.

Bu ölkədə bloqerlərdən vergi tutulur

Onlayn biznesin, eləcə də sosial şəbəkələrin vergiyə cəlb edilməsi ilə bağlı dünyada münasibətlər hələ tam formalaşmayıb və bu sahədə axtarışlar davam edir.

AzNews.az vergiler.az saytına istinadla bildirir ki, atılan bəzi addımlar təəccüb doğurur. Belə ki, Tanzaniyada öz onlayn bloqunu yaratmaq istəyənlər büdcəyə 900 dollar məbləğində lisenziya yığımı ödəməlidirlər.

Yeni qüvvəyə minmiş qanuna əsasən, bloq yaratmaq məqsədilə ərizə vermək üçün 44, ilkin lisenziya üçün 442, illik yığım kimi isə 442 ABŞ dolları məbləğində vəsait ödənilməlidir.

Adambaşına düşən gəlirin 900 dollar olduğu, əhalisinin hər beş nəfərindən birinin yoxsulluq həddində yaşadığı bir ölkə üçün bu, təbii ki, böyük məbləğdir.