Sarayın ətrafında şiddətli atışma Sarayın ətrafında şiddətli atışma

Üsyançılar prezident sarayını ələ keçirdilər

Sarayın ətrafında şiddətli atışma



BBC-nin üsyançılara istinadən yaydığı xəbərə görə bir həftə əvvəl başlayan üsyanın nəticəsi olaraq bu gün Seleka üsyançıları Mərkəzi Afrika Respublikasında prezident Francois Bozizenin sarayını ələ keçiriblər.

Üsyançıların rəhbərlərindən biri Colonel Djouma Narkoyonun dediyinə görə onlar sarayı ələ keçirəndə prezident Francois Bozize orada yox idi.

Prezident sarayının yaxınlığında yerləşən otel işçisinin Reuters-e verdiyi məlumata görə üsyançılar prezident sarayının yerləşdiyi şəhər mərkəzində idilər.

Sarayın ətrafında şiddətli atışma var idi. Üsyanla bağlı olaraq keçmiş müstəmləkəçi dövlət olan Fransa BMT-nin Təhlükəsizlik Surasının fövqəladə görüşünü çağıraraq hava limanının təhlükəsizliyini təmin etmək üçün Mərkəzi Afrika Respublikasına qoşun göndərib. Fransa eyni zamanda ölkədə olan Fransız vətəndaşlarına evdən çıxmamaq haqqında xəbərdarlıq edib.

Şamxal Əbilov
AzNews.az