- Köhnə - Dünya
- 6 İyul 2018 22:51
- 5 294
“YouTube” ulduzları bədbəxt hadisə nəticəsində öldülər - Fotolar
"YouTube" videoları ilə məşhur olan 3 macərapərəst Kanadada bədbəxt hadisə nəticəsində həlak olublar.
"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, "High On Life" qrupunun üzvləri Riker Qambl, Aleksey Liax və Meqan Skraper Şannon şəlaləsində çəkiliş edərkən bədbəxt hadisə ilə üzləşiblər.
Polis onların şəlaləlin töküldüyü yerdə üzmək istəyərkən müvazinətlərini itirdiyini və 30 metr hündürlükdən yıxıldıqlarını bildirib.
Qeyd edək ki, "High On Life" qrupunun "YouTube"da 1,1 milyon izləyicisi və 500 mindən çox abunəçisi var.
AzNews.az