ABŞ dövlət katibi Mayk Pompeo Pxenyana səfər zamanı KXDR-in lideri ilə görüşməyib. ABŞ dövlət katibi Mayk Pompeo Pxenyana səfər zamanı KXDR-in lideri ilə görüşməyib.

Pompeo Pxenyana səfər zamanı KXDR lideri ilə görüşməyib

ABŞ dövlət katibi Mayk Pompeo Pxenyana səfər zamanı KXDR-in lideri ilə görüşməyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Mayk Pompeo KXDR-də ikigünlük səfərini başa vurub. O, səfər zamanı Koreya Əmək Partiyasının şöbə müdiri Kim Yon Çhol ilə danışıqların iki raundunu aparıb.

"Düşünürəm ki, müzakirə edilən hər bir məsələ üzrə irəliləyişə nail olmuşuq", - "Yonhap" Agentliyi dövlət katibinin sözlərindən sitat gətirib.

Rəsmi Pxenyan danışıqlarında tərəflər üç məqsədin həyata keçirilməsinin vacibliyini vurğulayiblar: tam denuklearizasiya, Şimali Koreya rejiminin saxlanılmasına zəmanət, 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı həlak olmuş amerikalı hərbçilərin qalıqlarının repatriasiyası.

M.Pompeo Pxenyandan sonra Tokioya yola düşəcək və orada Yaponiya və Cənubi Koreya Xarici İşlər nazirləri ilə üçtərəfli danışıqlar aparacaq.

AzNews.az