Ərdoğan Yıldırımı medalla təltif etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub.

Trend-in məlumatına görə, medalı B.Yıldırıma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Tükiyə Prezidenti onun Baş nazir işlədiyi dövrdə olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin sədri olduğu müddətdə də dövlətçilik naminə fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu vurğulayıb.