- Köhnə - Dünya
- 25 Mart 2013 13:07
- 3 845
Dünya Bəşər Əsədin izində
Suriya prezidenti Bəşər Əsədin iranlı mühafizəçisi tərəfindən vurulması barədə iddialar sosial mediada səsləndirildikdən sonra dünya mətbuatının diqqəti bu məsələyə çəkilib. İsrail və Livan mənbələrinin Əsədin ölümünü təsdiq etdiyini vurğulanması ilə yanaşı, prezidentin yaralı olması barədə də xəbərlər var. Bu ölkələrin etibarlı hesab edilən xəbər qaynaqlarında Bəşər Əsədin ölmədiyi, Şam şəhərindəki "Əl –Şami" xəstəxanasına yerləşdirildiyi bildirilir.
Bəşər Əsədi vuran şəxsin Mehdi Yaqubi adlı bir iranlı hərbçi olduğu iddia edilir. Xəbərin doğruluğuna şübhə isə bundan əvvəl də B.Əsəd və ailə üzvləri ilə bağlı bu qəbildən xəbərlərin mətbuatda yer almasından yaranıb.
Son olaraq Bəşər Əsədin xanımı Əsma Əsədin Nasir və Müntəsir adlı əkiz uşaq dünyaya gətirdiyi barədə xəbərlər yayılmışdı. Ancaq bu xəbər yayılandan iki gün sonra Əsma Əsəd xalqın içinə çıxaraq xəbərləri təkzib etmişdi.
Aysel
AzNews.az