ABŞ-ın Mayami-Biç şəhərində 12 mərtəbəli yaşayış binası uçub. ABŞ-ın Mayami-Biç şəhərində 12 mərtəbəli yaşayış binası uçub.

ABŞ-da yaşayış binası uçdu

ABŞ-ın Mayami-Biç şəhərində 12 mərtəbəli yaşayış binası uçub.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb, dağıntılar altında qalanların olduğu ehtimalı var.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, uçan bina qəzalı vəziyyətdə olub.

AzNews.az