Türkiyə Yunanıstana ehtiyac yaranacağı təqdirdə, meşə yanğınlarının söndürülməsi üçün kömək etməyə hazırdır. Türkiyə Yunanıstana ehtiyac yaranacağı təqdirdə, meşə yanğınlarının söndürülməsi üçün kömək etməyə hazırdır.

Türkiyə Yunanıstana kömək etməyə hazırdır - Ərdoğan

Türkiyə Yunanıstana ehtiyac yaranacağı təqdirdə, meşə yanğınlarının söndürülməsi üçün kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, Yunanıstan Türkiyənin qonşusudur və Türkiyə xalqı qonşu Yunanıstan xalqına başsağlığı verir.

Qeyd edək ki, iyulun 23-də paytaxt Afina yaxınlığında meşəlik ərazilərdə güclü yanğın başlayıb. Yanğın nəticəsində 50 nəfər ölüb, ən azı 150 nəfər xəsarət alıb.

Attika paytaxt bölgəsində fövqəladə vəziyyət elan olunub.

AzNews.az