Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq niyyətində deyil: Ərdoğan

Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və antiiran sanksiyalarına qoşulmaq niyyətində deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir: "İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir".