- Köhnə - Dünya
- 27 İyul 2018 09:22
- 3 769
Meksika polisi Türkiyə səfirliyinin katibini axtarır
Meksikada Türkiyə səfirliyinin katibi itkin düşüb. Diplomatın itkin düşməsi ilə bağlı ölkənin Baş Prokurorluğu araşdırmalara başlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.
Milliyyətcə türk olan 29 yaşlı qadının iyulun 2-dən itkin düşdüyü bildirilsə də, səfirliyin müşaviri məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarına yalnız iyulun 25-də müraciət edib.
İtkin düşən qadın səfirlikdə ikinci katib vəzifəsində çalışıb.
AzNews.az