Bu gün Avropanın şimali hissəsinin sakinlərini ilin ən isti günü gözləyir. Bu gün Avropanın şimali hissəsinin sakinlərini ilin ən isti günü gözləyir.

Şimali Avropa üçün ilin ən isti günü

Bu gün Avropanın şimali hissəsinin sakinlərini ilin ən isti günü gözləyir.

Bu barədə "Report" "Euronews"a istinadən xəbər verir.

Böyük Britaniyanın bəzi bölgələrində tempraturun 37 dərəcəyə çata biləcəyi proqnozlaşdırılır. Hətta ölkədə mütləq istilik rekordunun (38,5 dərəcə) qırılması ehtimalı da var.

Bu gün Almaniyanın bəzi yerlərində havanın temperaturu 39 dərəcəyə qədər yüksələcək, amma 2015-ci ilin istilik rekordu qırılmayacaq. İstilik alman fermerlərin həyatını xeyli çətinləşdirir. Bir çox təsərrüfatların mövcudluğunu itirmək riski var. Almaniya Fermerlər Assosiasiyası anomal istilərin milyardlarla zərərə səbəb olacağını proqnozlaşdırır.

Fransada da anomal istilik hökm sürür. Havanın tempraturunun bəzi yerlərdə 37 dərəcədən də çox olacağı gözlənilir. Ölkənin şimal və mərkəzi hissəsində yerləşən 18 departamentdə narıncı təhlükə səviyyəsi elan edilib. Yerli sakinlərə gündüz vaxtı evdən çıxmamaq və günəş şüalarının evə düşməməsi üçün pəncərə cəftələrini bağlı saxlamaq tövsiyə edilir.

AzNews.az