Rusiyanın Ankaradakı səfiri olmuş Andrey Karlovun 2016-cı ilin 19 dekabrında silahlı hücum nəticəsində qətlə yetirilməsi ilə bağlı aparılan istintaqda daha bir polis həbs olunub. Rusiyanın Ankaradakı səfiri olmuş Andrey Karlovun 2016-cı ilin 19 dekabrında silahlı hücum nəticəsində qətlə yetirilməsi ilə bağlı aparılan istintaqda daha bir polis həbs olunub.

Rus səfirin öldürülməsi ilə bağlı yeni həbs

Rusiyanın Ankaradakı səfiri olmuş Andrey Karlovun 2016-cı ilin 19 dekabrında silahlı hücum nəticəsində qətlə yetirilməsi ilə bağlı aparılan istintaqda daha bir polis həbs olunub.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara polis bölməsi tərəfindən tutulmuş keçmiş məmur Üfüq G. idarədəki proseslərin ardından məhkəməyə göndərilib. O, istintaqı aparmış Cümhuriyyət müstəntiqi Adəm Akıncıya iddiaları qəbul etmədiyini bildirib, lakin məhkəmə zamanı “terror qruplaşması üzvü” olaraq həbs edilib.

Belə ki, FETÖ (Fetullahçı Terör Örgütü) nümayəndəsi olmadığını qeyd etmiş keçmiş polisin 17-25 dekabr müddətindən sonra qrupla bağlantılarını kəsdiyini dediyi məlum olub. Həmçinin Üfüq G. ilə sui-qəsd törətmiş Mövlud Mərd Altıntaşın eyni polis məktəbindən məzun və “qrup rəhbəri”nə bağlı olduqları haqqında bilgi də qeydə alınıb.

Nurlan Ağa