- Köhnə - Dünya
- 15 Avqust 2018 12:45
- 1 886
Liviya neft hasilatını artıracaq
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan Liviya neft istehsalını artırmaq niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Liviya gündəlik 1 milyon barreldən çox neft istehsal edəcəyini açıqlayıb.
OPEC-in sonuncu aylıq hesabatına görə, iyulda Liviyanın neft hasilatı iyun ayı ilə müqayisədə 56 min 700 barrel azalaraq sutkada 664 min barrelə düşüb.
AzNews.az