Qətər əmiri Türkiyəyə gəlir

Qətər əmiri Şeyx Təmim ibn Həmed Əl-Sani bu gün Türkiyəyə işgüzar səfərə gələcək.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyə prezident aparatının mətbuat xidmətindən verilmiş məlumata görə, Qətər əmiri işgüzar səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.

Hər iki ölkənin lideri görüşdə Qətər və Türkiyə arasındakı hərtərəfli münasibətlərdən əlavə, gündəmdəki digər mövzular haqqında da danışıqlar aparacaqlar.

Nurlan AĞA
AzNews.az