Dünyanın ən çox qazanan aktrisası kimdir? - Fotolar

"Forbes" dünyanın ən çox qazanan aktrisalarının adını açıqlayıb

AzNews.az-ın məlumatına görə, "Forbes" jurnalının versiyasına görə, ən yüksək maaşlı aktrisa Skarlett Yohanssondur. O, 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib.

Yohansson üçün əsas gəlir mənbəyi "Qisasçılar" silsiləsindən olan "Qara dul qadın" filmində oynadığı rus casusu rolu olub. Bu iş onun gəlirini 4 dəfə artırıb.

Siyahıda ikinci yeri Ancelina Coli tutub.

Bred Piitlə qalmaqalları bitməyən aktrisa "Malefisenta 2" filmi sayəsində 28 milyon dollar qazanıb.

"Dostlar" teleserialının ulduzu Cennifer Eniston ötən il ilə müqayisədə bir pillə geriləyib və 19,5 milyon dollar ilə üçüncü mövqedə qərarlaşıb.

İlk beşlikdə son yerlərdə Cennifer Lourens və Riz Uizerspun tutub.

Похожее изображение

Картинки по запросу риз уизерспун