İspaniyada turistlərə müraciət: “Özünüzü balkondan atın”

İspaniyada zadəganlaşdırmaya əngəl olmaq məqsədilə bir qrup anti-kapitalist qüvvə fərqli tərzdə nümayiş hazırlayıb. Onlar aşağı gəlirli insanların yaşadığı məhəllələrə yuxarı təbəqənin məskunlaşmasının əleyhinə çıxış ediblər. Aktivistlər turizm sektorunun daha canlı olduğu vaxtlarda belə nümayişlər keçirirlər.

AzNews.az BBC-yə istinadən bildirir ki, aktivistlər ölkəyə gəlmiş turistlər üçün hazırladıqları ingiliscə afişada “özünüzü otellərin balkonundan atın” – deyə, yazıblar. Onlar bu hərəkətlə turistləri evlərinə qayıtmağa çağırıblar.

Bir il əvvəl İspaniyanın Barselona, Malyorka və San-Sebastian şəhərlərində turist avtobuslarına hücumlar da edilmişdi.

Aktivistlərin Barselonada gerçəkləşdirdikləri son nümayişin afişasında yazılıb: “Əziz turist, sən özünü balkondan atmağı bilirsən? Bu, zadəganlaşdırmanın qarşısını alır, məhəllə sakinlərinin həyat şəraitini yaxşılaşdırır, ürək xəstəlikləri riskini azaldır. Bu, çox əyləncəlidir”.

Nurlan AĞA
AzNews.az

image description