- Köhnə - Dünya
- 18 Avqust 2018 18:20
- 5 031
Çin XİN rəhbəri iranlı həmkarına zəng etdi
İrana yönəlmiş birtərəfli sanksiyalara qarşı çıxırıq.
"Report" "RT"yə istinadən xəbər verir ki, bu barədə Çin XİN rəhbəri Van İ iranlı həmkarı Cavad Zərif ilə telefon danışığı zamanı deyib.
Zərif öz növbəsində qeyd edib ki, Tehran nüvə proqramına dair sazişin qorunmasında Çinin konstruktiv mövqeyini yüksək qiymətləndirir.
AzNews.az