- Köhnə - Dünya
- 24 Avqust 2018 13:18
- 4 810
Çavuşoğlu Putinlə görüşəcək - SON DƏQİQƏ
Türkiyənin xarici işlər naziri rusiyalı həmkarı Sergey Lavrovla bu il ərzində baş tutacaq 6-cı görüşünə hazırlaşır.
AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, görüşdən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verib. O, bildirib ki, Rusiya və Türkiyə arasında həmişə müzakirə olunacaq mövzular var.
Ticarət, iqtisadiyyat, hərbi, texniki sahələrdə olan iş birliyi gündən-günə inkişaf edir.
Türkiyə XİN rəhbəri Çavuşoğlu yaxın vaxtlarda Ərdoğanla Putinin də görüşəcəyini bildirib.
Qeyd edək ki, Mövlud Çavuşoğlunun bu gün Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi vurğulanıb.
Nurlan AĞA
AzNews.az