Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda baş tutacaq növbəti sessiyasında iştirak etməyəcək. Bunu jurnalistlərə açıqlamasında rəsmi Kremlin sözçüsü Dmitri Peskov deyib. Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda baş tutacaq növbəti sessiyasında iştirak etməyəcək. Bunu jurnalistlərə açıqlamasında rəsmi Kremlin sözçüsü Dmitri Peskov deyib.

Putin BMT-nin Baş Assambleyasından imtina etdi - TƏCİLİ

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda baş tutacaq növbəti sessiyasında iştirak etməyəcək. Bunu jurnalistlərə açıqlamasında rəsmi Kremlin sözçüsü Dmitri Peskov deyib.

AzNews.az Rusiyanın “TASS” informasiya agentliyinə istinadən bildirir ki, Peskov prezidentin planında belə bir səfərin olmadığını qeyd edib.

V.Putin Rusiya XİN rəhbəri Sergey Lavrovu BMT Baş Assambleyasının sentyabrın 18-də keçiriləcək 73-cü sessiyasına gedəcək qrupun başçısı olaraq təyin etmişdi.

Sessiyanın ilk önəmli hadisəsi sentyabrın 24-də keçiriləcək Nelson Mandela Sülh Sammitidir.

Sentyabrın 25-də isə BMT-yə üzv ölkələrin liderləri, baş nazirləri və xarici işlər nazirlərinin iştirakı ilə ümumi müzakirə aparılacaq.

Nurlan AĞA
AzNews.az