İngilis hava yolları şirkəti “British Airways” və Fransanın “Air France” kompaniyasına aid olan “Joon” gələcək aydan etibarən, İrana uçuşları dayandıracaqlarını bildiriblər. İngilis hava yolları şirkəti “British Airways” və Fransanın “Air France” kompaniyasına aid olan “Joon” gələcək aydan etibarən, İrana uçuşları dayandıracaqlarını bildiriblər.

İrana səmavi zərbə - Uçuşlar dayandırıldı

İngilis hava yolları şirkəti “British Airways” və Fransanın “Air France” kompaniyasına aid olan “Joon” gələcək aydan etibarən, İrana uçuşları dayandıracaqlarını bildiriblər.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, şirkətlər kommersiya cəhətdən etibarlı olmaması səbəbi ilə İrana olan uçuşların dayandırılacağını qeyd ediblər.

“British Airways” İrana son uçuşu sentyabrın 22-də, “Joon” isə 18-də gerçəkləşdirəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İrana sanksiyalar tətbiq etməsindən sonra bir sıra Qərb şirkətləri İranla əlaqələrini kəsməyə başlayıblar.

Nurlan AĞA
AzNews.az