- Köhnə - Dünya
- 25 Avqust 2018 13:59
- 5 430
Rusiyadan ABŞ, Britaniya və Fransaya ciddi ittiham
Rusiya Müdafiə Nazirliyi ABŞ, Britaniya və Fransanın Suriyanı vurmaq üçün plan qurduqlarını açıqlayıb. Üç ölkənin Suriyanın kimyəvi silah istifadə etməsi bəhanəsi ilə addım atacaqları bildirilib.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, bu haqda Rusiya MN-in sözçüsü İqor Konaşenkov məlumat verib. O, gözlənilən əməliyyatın yaxın vaxtlarda İdlibdə keçirilməsi ehtimalını qeyd edərək, terrorçuların da kimyəvi silahdan istifadə edib təqsiri hökumətin boyununa yıxacağını vurğulayıb.
İ.Konaşenkov ABŞ, Britaniya və Fransa rəsmilərinin Suriyada kimyəvi silah istifadə olunarsa, cavab verəcəkləri yönündəki əsassız açıqlamalarını da bu oyunun bir parçası olaraq qiymətləndirib.
Nurlan AĞA
AzNews.az