Yana-yana sevgilisinə qaçdı

İndoneziyada sevgisinə cavab ala bilməyən kişi özünə od vuraraq intihar edib.

Hadisə İndoneziyanın paytaxtı Cakartada baş verib. 30 yaşlı Mohamadd Zikra işlədiyi şirkətdə çalışan Santi Diosaka Gumeları sevib. Qarşı tərəf isə onun bu sevgisini rədd edib və ona ərə getməyəcəyini bildirib. Bunu eşidən gənc aşiq özü ilə gətirdiyi 20 litr benzini üstünə tökərək od vurub, sonra Gumelara tərəf qaçmağa başlayıb.
İş yoldaşlarından biri Gumeları kənara çəkərək ölümdən qurtarıb.
Zikra yanaraq ölüb, Gumelar və onu xilas edən iş yoldaşı ilə yaralı vəziyyətdə xəstəxanaya aparılıblar.

AzNews.az