- Köhnə - Dünya
- 27 Avqust 2018 18:32
- 5 299
Bu ölkə stasionar telefonlara "Yox" deyir
Fransanın telefon rabitə operatoru “Orange” noyabrın 15-dən stasionar telefon rabitəsinə yeni abunəçilərin abunəliyinin dayandırılmasını rəsmən elan edib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə ilk telefon şəbəkəsinin yaradılmasından 139 il sonra Fransa kabel telefoniyası üçün stasionar rabitə xətlərinin istifadəsindən tədricən imtina olunur.
Fransalı istifadəçilər tezliklə öz abunə xətlərini internet-telefoniya ilə əvəz etməli olacaqlar. İndiki stasionar telefonlardan internet-telefoniyasına keçid bir neçə il ərzində həyata keçiriləcək.
Bu ölkədə İnternet-telefoniyaya keçid prosesi 2023-cü ilədək tamamilə başa çatdırılacaq.