Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Media Oscarları Təqdimat Mərasimi”ndə çıxış edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Media Oscarları Təqdimat Mərasimi”ndə çıxış edib.

“Biz bir ölər, min dirilərik” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Media Oscarları Təqdimat Mərasimi”ndə çıxış edib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, prezident “tarixdən ibrət alsaq, tarix təkrar olunmaz. Bundan sonra həm Əhlət, həm də Malazgirddə əcdadımızın xatirəsini yaşadacağıq”, – deyə bildirib.

Ərdoğan qeyd edib ki, onları təhdidlərlə qorxutmaq, istədikləri məqsəddən imtina etdirmək mümkün deyil. “Deməli, onlar bu milləti tanımayıblar, amma tanıyacaqlar. Biz bir ölərik, min dirilərik”, – deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan jurnalistikanın tarixi və inkişafı, müasir cəmiyyətdə rolu və s. kimi mövzular barədə də söz açıb.

Nurlan AĞA
AzNews.az