- Köhnə - Dünya
- 30 Avqust 2018 11:46
- 6 259
İran Təbrizdən imtina etdi - Prezidentlər Tehranda görüşəcək
Rusiya, Türkiyə və İran prezidentlərinin Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə gerçəkləşməsi planlaşdırılan zirvə konfransının yeri dəyişdirilib.
AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyənin Tehrandakı səfiri Rza Xaqan Təkin açıqlamasında Ərdoğan, Putin və Ruhani arasında Suriya məsələsi ilə bağlı keçiriləcək zirvə görüşünün Təbrizdən Tehrana köçürüldüyünü bildirib.
Qeyd edək ki, üç lider arasındakı bu görüş Soçi və Ankaradan sonrakı üçüncü zirvə toplantısıdır.
Nurlan AĞA
AzNews.az