Rusiyanın paytaxtı Moskva şəhərində iki qrup arasında silahlı atışma baş verib. Rusiyanın paytaxtı Moskva şəhərində iki qrup arasında silahlı atışma baş verib.

Moskvada silahlı atışma - Pul üstündə...

Rusiyanın paytaxtı Moskva şəhərində iki qrup arasında silahlı atışma baş verib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Varşava avtomobil yolunda qeydə alınıb.

“İlkin məlumata görə, bir neçə şübhəli şəxs bir-birinə iri məbləğdə pul ötürən iki kişiyə atəş açıblar. Şübhəlilər pulu ələ keçirib minik maşını ilə hadisə yerindən uzaqlaşıblar”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az