- Köhnə - Dünya
- 3 Sentyabr 2018 22:11
- 5 692
Alman nazir Türkiyəyə niyə gedir?
Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib ki, Türkiyəyə səfəri zamanı Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə edəcək.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, səfər 5-6 sentyabr tarixlərində baş tutacaq.
"Biz İdlibdə humanitar böhrandan qaçmaq üçün əlimizdən gələni edəcəyik. Bu, mənim bu həftə, çərşənbə günü və cümə axşamı Türkiyəyə səfərim zamanı çox vacib mövzu olacaq", - deyə o bildirib.
O, Türkiyə tərəfini İdlibdə yaranmış vəziyyətin aradan qaldırılmasında mühüm tərəfdaş adlandırıb.
"Türkiyənin mövqeyi Rusiyanın, ardınca isə Əsəd rejiminin Suriyada gələcək fəaliyyəti üçün həlledici əhəmiyyətə malikdir", - deyə Maas söyləyib.
Nazir həmçinin qeyd edib ki, hazırda İdlibdə vəziyyət "çox ciddidir", güc yolu ilə həll isə bölgədə humanitar fəlakətə gətirib çıxaracaq.
AzNews.az