ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək. ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək.

ABŞ neft ixracımızı sıfıra endirə bilməyəcək - İran

ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur deyib.

H.Kazımpur bildirib ki, dünyada İranın payını əvəz edəcək kifayət qədər alternativ mənbə mövcud deyil:

“Təklifin çatışmazlığı ABŞ-a İranın neft ixracını sıfıra endirməyə imkan verməyəcək”.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaları bərpa etmişdi. İranın enerji sektoruna tətbiq olunan sanksiyalar noyabrın 4-də qüvvəyə minəcək.

AzNews.az