- Köhnə - Dünya
- 15 Sentyabr 2018 16:24
- 5 155
8 polis həlak olub 3-ü isə yaralanıb
Əfqanıstanda silahlıların nəzarət-keçid məntəqələrinə hücumu zamanı 8 polis həlak olub
Əfqanıstanın cənubundakı Zəbul əyalətində silahlıların üç nəzarət-keçid məntəqəsinə hücumu zamanı 8 polis həlak olub.
AzNews.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, bu barədə 1TV telekanalı xəbər yayıb.
Əyalətin qubernatorunun rəsmi nümayəndəsi Gül İslam Siyal bildirib ki, daha 3 polis hücum nəticəsində yaralanıb.
Telekanalın məlumatına görə, hücuma görə məsuliyyəti "Taliban" terror qruplaşması üzərinə götürüb.
AzNews.az