Aviozərbə nəticəsində iki uşaq həlak olub

Əfqanıstanda NATO-nun aviazərbəsi nəticəsində "Taliban" hərəkatının 9 üzvü zərərsizləşdirilib. Yerli sakinlərin iddiasına görə, zərbə nəticəsində iki uşaq da həlak olub. APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, insident Qazni şəhərində, əfqan polislərinin pusquya düşdüyü zaman baş verib. Taliblərin həmləsinə qərb koalisiyasının qoşunları reaksiya verib.

Atışma zamanı "Taliban" hərəkatının 9 üzvü öldürülüb, 8 dinc sakin yaralanıb. Xatırladaq ki, bu ilin fevralında Əfqanıstan prezidenti Həmid Kərzay yerüstü əməliyyatlar aparılarkən ölkənin təhlükəsizlik qüvvələrinə havadan dəstək məqsədi ilə NATO aviasiyasından istifadə etməsini qadağan edib.

AzNews.az