- Köhnə - Dünya
- 17 Sentyabr 2018 17:28
- 5 585
Ukrayna Rusiya ilə “dostluq müqaviləsi”nə son verdi
Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə olan “Dostluq, iş birliyi və ortaqlıq” müqaviləsinin qüvvədən qalxması barədə qərar verib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, burada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu müqavilənin müddətinin uzadılmaması ilə bağlı 6 sentyabr 2018-ci il tarixli qərarının əsas tutulduğu bildirilib.
Rusiya və Ukrayna arasında 1997-ci ilin 31 mayında imzalanmış müqavilə iki ölkəni “strateji ortaq” olaraq təqdim edirdi.
Nurlan AĞA
AzNews.az