ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb. ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

ABŞ-da yanğın: 21 nəfər yaralandı - Yenilənib

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 18 nəfəri yanğınsöndürəndir.

Zərəçəkənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

***
19:46

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Nyu-York Şəhər Yanğınsöndürmə Departamentinin “Twitter" səhifəsində xəsarət alanlardan 15 nəfərinin yanğınsöndürənlər olduğu bildirilir. Onların vəziyyətinin normal olduğu qeyd edilir.

Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri hələlik məlum deyil.

AzNews.az