- Köhnə - Dünya
- 18 Sentyabr 2018 12:11
- 5 883
İran Putin-Ərdoğan görüşünün nəticəsindən məmnundur
Suriyanın İdlib bölgəsində Türkiyə və Rusiya arasında təhlükəsiz zona yaradılması xarici ölkələrin diqqətini cəlb etməkdə davam edir.
AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi ölkənin bu anlaşmadan məmnun qaldığını açıqlayıb.
Qeyd edək ki, İdlibdə hərbi əməliyyatların dayandıırılması ilə bağlı Türkiyə-Rusiya razılaşmasına ilk olaraq ABŞ (Amerika Birləşmiş Ştatları) reaksiya verərək, bu addımı alqışlayıb.
Bölgədə təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə qərar Rusiya və Türkiyə prezidentləri Vladimr Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Rusiyanın Soçi şəhərində dünən keçirilən görüşdə qəbul edilib.
Nurlan AĞA
AzNews.az