Ərdoğan “Reuters” ə danışdı – Türkiyənin son durumu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters” informasiya agentliyinə müsahibə verib.

AzNews.az xəbər verir ki, Ərdoğan radikal qruplaşmaların Suriyanın İdlib vilayətində yaradılmış təhlükəsiz zonadan çıxmağa başladığını bildirib.

Türkiyə iqtisadiyyatının son vaxtlar yaşadığı böhranla bağlı danışan prezident bunun rahib Branson məsələsi ilə bağlı olmadığını və ölkənin bu problemin öhdəsindən tez bir zamanda gələcəyini qeyd edib.

O, hazırda Bransonun mühakimə prosesinin davam etdiyini bildirərək, nə özünün, nə də başqasının onu azadlığa buraxmaq səlahiyyəti olduğunu vurğulayıb.

Ərdoğan ABŞ-ın sanksiyalarına əhəmiyyət vermədən İrandan qaz idxalına davam edəcəklərini ifadə edib.

Nurlan AĞA
AzNews.az