Uşaq anasının razılığı ilə yandırıldı Uşaq anasının razılığı ilə yandırıldı

3 günlük körpə dini təriqətin qurbanı oldu

Uşaq anasının razılığı ilə yandırıldı



Çilidə polis yeni dünyaya gələn körpəni dini ayin zamanı yandıran qrupu aşkarlayıb. Həbs olunanlar arasında uşağın anası da var. 3 günlük uşağı Collinquay qəsəbəsində yandıran dini təriqət üzvləri bu hadisəni dünyanın sonunun gələcəyi deyilən 21 dekabra hazırlıq çərçivəsində törədiblər. Dini təriqət üzvləri uşağın anasını onu qurban verməyə razı salıblar.

Uşaq Vina del Mar şəhərindəki bir klinikada dünyaya gəlsə də, qeydiyyata alınmayıb. Polis əməkdaşı Miquel Ampueronun bildirdiyinə görə, uşaq yandırılarkən çılpaq olub, səsi çıxmasın deyə ağzı bağlanıb, daha sonra bir taxtaya bağlanaraq diri-diri yandırılıb. Uşaq yandırılmaq üçün 2 metr dərinliyində quyuya atılıb.

Uşağı yandıraraq qurban verən təriqət 2005-ci ildə yaradılıb. Təriqət üzvlərinin insana halüsinasiya təsiri göstərən "ayahuasca" adlı bir bitkidən istifadə etdiyi bildirilir. Təriqətin rəhbəri Castillo Gaete təriqətin bütün qadın üzvləri ilə əlaqədə olub.

Elnarə Əlosmanqızı
AzNews.az
image description image description image description image description