ABŞ terrorla bağlı hesabat açıqladı

ABŞ Xarici İşlər Nazirliyi 2012-c i il üçün Terrorla bağlı Hesabat açıqlayıb. Hesabatda İranın qlobal terrora verdiyi dəstəyi artırdığını, Əl-Qaidənin isə böyük zərbə aldığı bildirilir.

Bolqarıstanda israilli turistləri daşıyan sərnişin avtobusuna təşkil edilən və 6 adamın ölümünə səbəb olan bombalı hücum ilə Hindistan, Tayland, Gürcüstan və Geniyada qarşısı alınan hücumlara da İranın dəstək verdiyi bildirilib. İran və Hizbullahın Suriyada öz xalqına qarşı qəddarlıq edən Bəşər Əsədi dəstəklədiyi vurğulanır.

Hesabatda Əl Qaidənin Əfqanıstan və Pakistanda böyük zərbə aldığı və liderlərinin həyatda qalmaq üçün mücadilə verdiyi, Əl Qaidədə parçalanmaların olduğu göstərilir. Bundan başqa 2011-ci ildən bu yana Yəmənin cənubunda Əl Qaidənin əlində olan bölgələrin yenidən hökumətin idarəçiliyinə keçdiyi, Somalidə isə ordu ilə Afrika Birliyi güclərinin Əl Qaidəyə bağlı Eşşabab təşkilatını ölkənin cənubundakı şəhərlərdən sıxışdırıb çıxardığı bildirilib.

Keçən il 85 fərqli ölkədə terror hücumlarının təşkil edildiyi bildirilir. Bu hücumların yarıdan çoxunun yalnız 3 ölkədə (Pakistan, İraq və Əfqanıstan) təşkil vurğulanır. Terrorda ölənlərin 62 faizinin, yaralananların da 65 faizinin bu ölkə vətəndaşları olduğu bildirilir.

Türkiyəyə aid hissəsədə ABŞ-ın terrorla mübarizədə uzun müddətdir Türkiyə ilə müttəfiqlik etdiyi göstərilir. ABŞ 2012-ci ildə Türkiyəyə t PKK ilə mübarizədə dəstək verdiyi qeyd edilir.

Elman
AzNews.az