Fahişəxanalar bağlanır

Amsterdamın Bələdiyyə Şurası şəhərin mərkəzində yerləşən "Qırmızı İşıqlar" rayonunda əxlaqsızlıq yuvalarını bağlamağa başlayıb.

Gün.Az "Mignews"a istinadən xəbər verir ki, yerli hakimiyyət "ictimai evləri" tarixi mərkəzdəki elit mağaza və restoranların yanından təmizləmək niyyətindədir.

2008-ci ildə tətbiq edilən ərazilərin zonalaşdırılmasına dair yeni şəhər qanunlarına əsasən hakimiyyətdə ictimai evlərin köçürülməsi üçün daha böyük imkanları var.

Hökumət bu şəkildə gizlin fəaliyyət göstərən 62 əxlaqsızlıq yuvasını bağlayıb.

AzNews.az