- Köhnə - Dünya
- 10 Avqust 2013 21:27
- 3 230
Toqquşmalar zamanı 56 polis əməkdaşı yaralandı

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 26 nəfərin yaralandığı bildirilirdi.
Qeyd edək ki, bir müddət əvvəl səngiyən bölgənin Birləşmiş Krallığa məxsus olduğunu hesab edən protestantlar və ərazini müstəqil İrlandiyaya birləşdirmək tələbi ilə çıxış edən millətçi-katoliklər arasında toqquşmalar yenidən başlayıb.
Toqquşmalar zamanı polis su şırnaqlarından istifadə edib, buna cavab olaraq etirazçılar polisi daş qalaq edib.
Bundan bir gün qabaq baş vermiş iğtişaşlar zamanı 8 polis xəsarət almışdı.
AzNews.az