Seçkilər ərəfəsində taksi sürücüsü işləyən baş nazir- VİDEO

Norveçin Baş naziri Yens Stoltenberq Parlament seçkiləri ərəfəsində taksi sürücüsü işləməyi qərara alıb. Beləliklə də, o, bazar gününün yarısını sükan arxasında keçirib. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Norveç hökumətinin başçısının taksi sürücüsü rolunda lentə alındığı video çarx internetdə populyarlıq qazanmaqdadır. Baş nazir vətəndaşlarla təhsil sahəsində müxtəlif problemləri, o cümlədən, bankirlərin yüksək məvacib almalarını və təbii resurslardan istifadə məsələlərini müzakirə edib.

Norveçli siyasətçi gediş haqqı üçün heç nə götürməyib. Eyni zamanda, onu sərnişinlərdən yalnız biri tanıyıb.



AzNews.az