- Köhnə - Dünya
- 24 Avqust 2013 14:24
- 2 090
Obamanın müşavirləri Suriyadakı vəziyyəti müzakirə edəcək
Görüşdə Bəşər Əsəd rejiminə qarşı mümkün tədbirlərin həyata keçirilməsi, o cümlədən Suriyadakı vəziyyətə istisna edilməyən hərbi müdaxilə ilə bağlı məsələlər müzakirə olunacaq.
APA-nın xəbər verdiyi kimi, bu barədə "Reyter" agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Lakin prezident B.Obamanın özünün bu müşavirədə iştirak edib-etməyəcəyi hələ dəqiq bilinmir. Buna baxmayaraq, görüşdə hər hansı konkret qərarın qəbul olunacağı gözlənilmir.
Bir qədər öncə isə ABŞ-ın müdafiə naziri Çak Heygel bəyan edib ki, Pentaqon Aralıq dənizində yerləşən hərbi gəmilərini Suriyaya yaxınlaşdıracaq. Bu, Suriyadakı münaqişənin həlli məqsədi ilə hərbi gücün tətbiqi ilə bağlı qərarın qəbul ediləcəyi vəziyyət üçün görülür.
AzNews.az