- Köhnə - Dünya
- 11 Sentyabr 2013 20:00
- 4 734
Suriya hansı silahlara malikdir- ARAŞDIRMA

Məlum olub ki, Suriya silahlanma baxımından Orta Şərqin ən güclü ölkələrindən biridir. 1970-ci illərdən etibarən əbədi "rəqibi" İsrail qarşısında dayanmaq üçün raket istehsalını və silahlanmanı gücləndirib. Suriya İsrailin yolundan döndərməyəcəyini düşünərək, raketlər üçün kimyəvi-bioloji başlıqlar istehsal edib.
Bu gün etibarilə əldə etdiyi kimyəvi-bioloji başlıqlı, uzun mənzilli raketlər yalnız İsraili deyil, Türkiyə daxil çoxu Yaxın Şərq ölkəsi olmaqla bir çox ölkələri hədəf ala bilər. 1980-ci ildə rejim bölgədəki kimyəvi silahlar və İsrail təhdidini bəhanə edərək, kimyəvi başlıq istehsalına başlayıb. Hələb yaxınlarında qurulan bir gizli obyekt mövcud mərmilərə kimyəvi başlıqlar istehsal edir.
Suriyanın 2007-ci ildə Scud-C raketinə xardal qazı başlığı taxa bildiyi öyrənilib. Həmin günlərdə gizli obyektlərin birində meydana gələn partlayışda 15 nəfər ölüb. Qərbin kəşfiyyat təşkilatları Suriya rejiminin 1980-ci illərdən kimyəvi silah istehsal etdiyini qeydə edir. Suriya Qərbi Avropadan 1986-ci ildə kimyəvi silah istehsalı üçün texnologiya aldığı, 1990-cı illərin əvvəllərindən isə bioloji raket başlıqları istehsal etdiyi bildirilir.
Elman
AzNews.az