Dağıstan müdafiə nazirinin birinci müavini həbs edildi

Rusiya Federasiyası Dağıstan Respublikasının müdafiə nazirinin 1-ci müavini İdris Musayev dələduzluq ittihamı ilə həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazir müavini dövlət büdcəsindən təhsil müəssisələrinin pedaqoji heyətinin ixtisasartırma kursları üçün ayrılan 2 milyon rubldan çox vəsaiti mənimsəməkdə ittiham olunur. 2007-ci ildən bəri İ. Musayev Dağıstanın Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru olub. İstintaqın versiyasına əsasən mənimsənən pullar institutun müəllim heyətinə mükafat adı altında leqallaşdırılıb. Polis institutun baş mühasibi və kassirini də həbs edib.

AzNews.az