Kəbənin yeni örtüyü təhvil verildi

Məkkədə zəvvarların Ərəfat vəqfinə getməsinə az müddət qaldığı bir vaxtda, Kəbənin örtüyünün dəyişdirilməsi hazırlıqları başlayıb. Qurban bayramı ərəfəsində, ənənəvi olaraq, hər il keçirilən mərasimdə Kəbənin yeni örtüyü Bəni-Şeybə ailəsinə təhvil verilib.

"Kisvə" adlanan yeni örtük təxminən 5 milyon ABŞ dollarına başa gəlib. Qızıldan işləmələr olan və tamamilə ipəkdən hazırlanan Kisvə üzərində Qurandan 16 ayə yer alır.

Örtüyün ölçülərinə gəldikdə isə, onun uzunluğu 14 metr, eni isə 45 metr təşkil edir. Kəbənin xaricindəki örtük hər il, içindəki örtük isə vəziyyətindan asılı olaraq 10 ildən bir dəyişdirilir.(anspress)

AzNews.az