100 yaşlı nasistin cəsədi yoxa çıxıb

Keçmiş nasist, 100 yaşında vəfat edən və kilsədə dəfn mərasiminə Vatikan tərəfindən veto qoyulan Erik Pribkenin cəsədi yoxa çıxıb.

Dəfnin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulsa da, ailəsi cəsədin harada olduğunu bilmir. "Associated Press" xəbər verir ki, cəsədin içində olduğu tabut 30 nəfərlik qrup tərəfindən naməlum yerə aparılıb.

Dəfn mərasimi İtaliyanın Albano Laçiale şəhərində keçirilməli olsa da, 500 nəfərdən ibarət aksiyaçılar bunun qarşısını almağa çalışıb. Bundan sonra mərasim yarımçıq kəsilib. Ardnca 30 nəfərdən ibarət neofaşistlər cəsədin içində olduğu tabutu özləri ilə aparblar.

Qeyd edək ki, Erik Pribke İkinci Dünya Müharibəsində 355 İtaliya vətəndaşının ölümündə təqsirləndirilir. Müharibədən sonra o, saxta sənədlərlə Argentinaya qaçıb bə 1995-ci ildə saxlanaraq İtaliyaya deportasiya edilib.

Ölkəsində yaşı nəzərə alınaraq ona ev həbsi cəzası verilib. 100 yaşında vəfat etdikdən sonra Erik Pribkenin dəfn mərasimininin keçirilməsi əsl problemə çevrilib.

Elnur
AzNews.az