- Köhnə - Dünya
- 24 Oktyabr 2013 16:37
- 3 492
20 yaşlı qızı işgəncəylə öldürdülər
Hadisə Helmand əyalətində baş verib. AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, 20 yaşındakı qız və sevgilisi yaşadıqları evə zorla girən 10 nəfər tərəfindən qaçırılıb. Hadisənin şahidləri polisə xəbər verib.
Axtarış aparan polis qəbiristanlıqda hər iki gəncin cəsədini başları kəsilmiş halda tapıb. Oğlanın böyük qardaşı, qardaşının qızı çox sevdiyini, evlənmək istədiyini, qızla birlikdə qaçdığını və ailəsini yanında yaşadığını izah edib. Polis isə cinayətin arxasında qızın ailəsi və qohumlarının olduğunu düşünür. Qeyd edək ki, BMT-nin açıqlamasına görə, keçən il Əfqanıstanda namus cinayətlərinin sayı 20 faiz artıb.
Elman
AzNews.az