Mədəniyyət paytaxtında qaraçı həyatı - FOTO

Bu ilin əvvəlində "Avropanın mədəniyyət paytaxtı" seçiləndə Koşitse şəhərinə infrastrukturun yaxşılaşdırılması üçün 65 milyon avro ayrılmışdı.

Lakin Slovakiyadakı şəhər mədəniyyət paytaxtı yox, deyəsən, natəmizlik və zibillik paytaxtına çevrilib.

Avropa Birliyinin ayırdığı pulların isə hara getdiyi, necə və nə üçün xərcləndiyi bəlli deyil.

Şəhərin kənarındakı Lunik səmtində yüzlərlə qaraçı ailəsi yaşayır.
Onlar antisanitariya, natəmizlik, çirkab içində ömür sürürlər.

Qaraçı uşaqlar zibilliklərdə oynayırlar və hər an ağır xəstəliyə yoluxmaq təhlükəsi ilə qarşılaşırlar.

Təxminən 8 min qaraçının yaşamları onillərdən belə davam edir.(milli.az)