- Köhnə - Dünya
- 5 Noyabr 2013 19:31
- 3 203
Banqladeşdə 152 nəfər ölüm cəzasına məhkum edildi
APA-nın "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə daha 160 nəfər ömürlük həbs, 270 nəfər müxtəlif müddətə həbs cəzasına məhkum olunublar, 271 nəfərə isə bəraət qazanılıb. Ümumiyyətlə, məhkəmə qarşısına 800 nəfərdən çox vətəndaş çıxarılıb. Onlarda yalnız 20 nəfəri mülki şəxsdir.
Məhkəmə prosesi bir neçə ildir davam edir və iş üzrə 6000 nəfərdən çox adam saxlanılıb. Hüquq müdafiəçiləri bu qədər insanın cəlb olunduğu prosesdə onların hüquqların təmin edilməsinin çətin olduğunu bildiriblər və prosesi tənqid ediblər.
Qeyd edək ki, 2009 ilin fevralın 25-də "Banqladeş atıcıları" adlı dəstənin sərhədçiləri paytaxt Dakkada öz mərkəzi qərargahını ələ keçirdiblər. Qiyamçılar maaşların artırılmasının və məzuniyyət vaxtının uzadılmasını tələb ediblər. Daha sonra qiyam digər hərbi hissələrdə davam edib. Ölkədə qarşıdurma zamanı 74 nəfər həlak olub.
AzNews.az